Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da iyun ayında mənfi aylıq inflyasiya müşahidə olunub.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da iyun ayında mənfi aylıq inflyasiya müşahidə olunub.
Azərbaycan Mərkəzi Bankına (AMB) yeni kadr təyinatı olub.
Banco.az xəbər verir ki, Azər Novruzov Mərkəzi Bankın Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O iyul ayından etibarən vəzifəsinin icrasına başlayıb.
PAŞA Bank yerli bazarda innovativ və dayanıqlı ödəniş həllərinin tətbiqini davam etdirir. Ölkədə ilk dəfə POS-terminal üzərindən üz tanıma ilə “SİMA Pay” ödəniş qəbulu “PAŞA Bank” POS-terminallarında pilot versiyada aktivləşdirildi. Artıq müştərilər fiziki kart və nağd vəsaitə ehtiyac olmadan, yalnız üz tanıma ilə rahat şəkildə biometrik ödəniş edə bilərlər.
Müəllif:Mehin Qasımova,Banco.az
Çinin süni intellekt şirkəti DeepSeek-in qurucusu Liang Wenfeng şirkətinin son investisiya raundundan sonra xalis sərvətini ikiqat artıraraq, süni intellekt modelləri hazırlayan dünyanın ən varlı insanı olub.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.
Bu il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 790,6 min nəfər olub, onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
AFB Bank 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
Avqustun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.