Azərbaycanda virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanunvericiliyin ilin sonunadək qəbul olunacağı gözlənilir.
Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
