“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”.
Bunu türkiyəli professor Sedat Aybar bildirib.
“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”.
Bunu türkiyəli professor Sedat Aybar bildirib.
Azərbaycan Mərkəzi Bankının istismarında olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.
Tenderin qalibi “Sinam” MMC-dir.
Kapital Bank kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu yeniliklərə dəstək fonunda yeni konsepsiyalı Ticarət filialını istifadəyə verildi. Filial, sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir.
Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin tərtib edilməsində tətbiq olunacaq avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə "PwC" audit şirkətini əməkdaşlığa cəlb edib.
ABŞ-da nəşr edilən nüfuzlu "Wall Street Journal" (WSI) qəzeti Ağ Saraydakı mənbələrə istinad edərək Prezident Donlad Trampın bütün dövlət qurumlarına "New York Times" və "Washington Post" qəzetlərinə abunə yazılmamaq barədə göstəriş verməyi planlaşdırdığı barədə məlumat yayıb.
ABŞ-ın federal büdcəsi 30 Sentyabr 2019-da sona çatan maliyyə ilində 2012-ci ildən bu yana görülən ən böyük kəsiri verib.
Hollandiyanın səhiyyə texnologiyaları şirkəti "Philips"in mənfəəti artıb.
"Philips", maliyyə ilinin 3-ünçü rübündə mənfəətini 2,6% artıraraq 583 milyon avro səviyyəsinə qaldırdığını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 10 milyard dollar dəyərindəki tenderini Microsoft qazanıb.
Pentaqon ABŞ ordusunun döyüş sahələrində məlumat və buluda daha yaxşı çıxışını təmin etməyi hədəfləyir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,65 ABŞ dolları və yaxud 0,98% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,35 dollar təşkil edib.
Azərbaycanın magistral qaz kəmərləri ilə 2023-cü ildə 37,8 mln. ton (maye ekvivalentində) qaz nəql ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan proqnozla müqayisədə 66,5 faiz çoxdur. Bu il ölkədə magistral qaz kəmərləri ilə 22,7 mln. ton qaz nəql ediləcəyi gözlənilir. Sənədə əsasən, 2020-ci ildə respublikada 27,4 mln. ton, 2021-ci ildə – 32,7 mln. ton, 2022-ci ildə isə 35,5 mln. ton qazın nəqli proqnozlaşdırılır.