Azərbaycan Mərkəzi Bankı tərəfindən istifadədə olan mövcud elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə Mərkəzi Bankın istismarında olan elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi ilə bağlı açıq tender elan edilib və elan edilmiş tenderin nəticəsi məlum olub. Bankdan verilən məlumata görə, tenderin qalibi "Sinam" MMC müəyyən olunub.
Struktur və kadr islahatları yeni iqtisadi modelə keçidin başlanğıcıdır
Prezident İlham Əliyevin oktyabrın 23-də Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən söylədiyi fikirlər ölkə vətəndaşlarında Azərbaycanda sahibkarlığın inkişafında yeni dövrün başladığına əminlik yaradıb. Qəbul zamanı Prezident İlham Əliyev inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarların oynadığını vurğulayıb: "Bizdə isə hələ ki, belə deyil.
Azərbaycanda komfortlu biznes qurmaq üçün nə etməli? - Ekspert rəyləri
Vergi inzibatçılığı məsələsində qəbul olunmuş qərarların, mövcud Vergi Məcəlləsinə edilmiş düzəlişlərin və qanunvericilik aktlarının hamı tərəfindən tətbiqinə və riayət olunmasına nəzarət olunmalıdır.
Bunu açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib.
BOKT “Embafinans” MMC yeni ünvanda!
Artıq dəyərli müştərilərimizi yeni, geniş və rahat ofisdə gözləyirik.
Artıq baş ofis Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi 73E
(158 nömrəli Tam Orta Məktəbin yanı) ünvanında yerləşir.
IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Azərbaycan Banklar Assosiasiyasıtəşkilatçılığı vəAzərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzininvə digər dövlət qurumlarının dəstəyi ilə 06-07 noyabr 2019-cu il tarixlərində ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU - NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı tədbir keçiriləcək.
2019-cu ilin yanvar-senyabr ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
Sığorta alətlərinin bazar penetrasiyasının artırılması ilə bağlı sığorta məhsullarının çeşidinin artırılması və sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Bankların hansı kampaniyalarından yararlana bilərsiniz? - ARAŞDIRMA
Banklar yeni müştərilər cəlb etmək və öz müştərilərinin loyallığını qorumaq üçün mütəmadi olaraq kampaniyalar təşkil edir. Banco.az olaraq bankların hal-hazırda aktiv olan kampaniyaları araşdırdıq. Kampaniyalar haqqında ətraflı məlumatı onun adına klikləməklə və ya bankların rəsmi facebook səhifələrindən ətraflı məlumatla tanış ola bilərsiniz.
Məşhur şokolad brendləri qiymətləndirildi
Amerikalı mütəxəssislər etik dərəcəsinə görə şokolad istehsalçılarının siyahısını təqdim edib. Siyahıya əksər istehlakçıların az tanıdığı markalar başçılıq edir. Sənayenin ən çox rastlanan problemi uşaq əməyinin istismarı olaraq qalır. Şüurlu istehlakı və etik istehsalı təbliğ edən “Green America” qeyri-kommersiya təşkilatı “2019-cu ilin şokolad xəritəsi”ni buraxdı. Ekspertlər brendləri bir neçə göstəriciyə görə qiymətləndirib.
Ceff Bezos iclaslarda PowerPoint təqdimatlarını niyə qadağan etdi?
Inc.com-un məlumatına görə, milyarder Ceff Bezos “Amazon”un işgüzar görüşlərində təqdimatların istifadəsini qadağan edib. Bu qərar məhsuldarlığı 25% artırıb. “Amazon”un idarə heyəti iclaslarında şöbə müdirləri artıq proyektorun ekranındakı slaydlara baxmır, yarım saat sakit şəkildə oturub həmkarlarının hesabatını oxuyurlar. Bu yalnız yaxşı koqnitiv (lat. cognitio, “başa düşmək, dərk etmək, öyrənmək”) təcrübə deyil, həm də effektiv bir təşkilati qərardır.
Banklarda Dollar və Avronun qiymətləri
Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Dollar |