İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun ehtiyatı toplamağa çağırıb.
O, xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir.
İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun ehtiyatı toplamağa çağırıb.
O, xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir.
Bakı-Supsa boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır.
Bu barədə "bp Azerbaijan" şirkətindən bildiriblər.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2022-ci ilin avqustun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avro 1.7316 manat, 1 Rusiya rublunun məzənnəsi isə 0.0278 manat, 1 türk lirəsinin məzənnəsi isə dəyişməyərək 0.0948 manat səviyyəsində müəyyənləşib.
Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı öz üstünlükləri ilə cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə yararlanmaq imkanı təklif edir.
Azərbaycan Mərkəzi Bankında növbəti struktur dəyişikliyi baş verib.
Sığorta nəzarəti departamentinin adı dəyişdirilərək Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti olub.
Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
FAO-nun Ərzaq Qiymətləri İndeksi iyul ayında aylıq müqayisədə 8,6 azalıb, illik müqayisədə isə 13,1 faiz artıb.
Ardıcıl dörd aydır eniş trendində olan indeks, 2008-ci ilin oktyabr ayından bu yana dəyərində ən kəskin aylıq azalma baş verib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında güzəştlərdən yararlanmış rezidentlər indiyədək 428,6 milyon manat çox vəsaitə qənaət ediblər.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Dünya yeni nəqliyyat böhranı ilə qarşılaşa bilər.
Bu barədə Danimarkanın dəniz daşımaları üzrə ixtisaslaşan “Maersk” gəmiçilik şirkəti açıqlama verib.
Şirkət yeni logistik böhranın mümkünlüyü barədə xəbərdarlıq edib.
Fransa hökuməti güclü quraqlıqla əlaqədar ölkənin 101 departamentindən 93-də su istehlakına məhdudiyyət tətbiq edib.
62 departament ərazisində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan edilib. Bu bölgələrdə başqa məqsədlərlə, eləcə də kənd təsərrüfatı üçün su istehlakı qadağan edilib.