Müəllif: Gülnar Əhmədli, Banco.az
Eurostat-ın 2026-cı ilin birinci rübünə aid məlumatlarına əsasən, Çin, ABŞ, Böyük Britaniya, İsveçrə və Türkiyə birlikdə Avropa İttifaqının xarici mal ticarətinin yarıdan çoxunu təşkil edir.
Banco.az xəbər verir ki, 2026-cı ilin ilk rübündə Çin Aİ-yə 145,3 milyard avro dəyərində məhsul ixrac edib. Aİ-nin Çinə ixracı isə 47,6 milyard avro olub. Nəticədə 97,7 milyard avroluq ticarət kəsiri yaranıb ki, bu da Aİ-nin bütün əsas tərəfdaşları arasında ən yüksək göstəricidir.
Aİ-nin əsas ticarət tərəfdaşları (2026-cı ilin I rübü)
-
Çin - İdxal: 145,3 milyard avro, İxrac: 47,6 milyard avro, Saldo: -97,7 milyard avro
-
ABŞ - İdxal: 85,9 milyard avro, İxrac: 119,4 milyard avro, Saldo: +33,5 milyard avro
-
Böyük Britaniya - İdxal: 39,5 milyard avro, İxrac: 88,7 milyard avro, Saldo: +49,2 milyard avro
-
İsveçrə - İdxal: 36,7 milyard avro, İxrac: 57,2 milyard avro, Saldo: +20,5 milyard avro
-
Türkiyə - İdxal: 24,6 milyard avro, İxrac: 27,1 milyard avro, Saldo: +2,5 milyard avro
Cəmi: İdxal - 627,8 milyard avro, İxrac - 640,5 milyard avro, Saldo - +12,7 milyard avro.
ABŞ Aİ üçün ən böyük ixrac bazarıdır. Birinci rübdə Aİ ABŞ-yə 119,4 milyard avro dəyərində məhsul ixrac edib, ABŞ-dən idxal isə 85,9 milyard avro olub. Beləliklə, Aİ 33,5 milyard avroluq ticarət profisiti əldə edib.
Bununla yanaşı, Aİ-nin ABŞ-yə ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalıb. Buna əsas səbəb tərəflər arasında davam edən tarif mübahisələri göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
