Cari ildə valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində Mərkəzi Bank valyuta alışları həyata keçirib və nəticədə valyuta ehtiyatları artaraq tarixi maksimuma çatıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, valyuta ehtiyatlarındakı artım ölkənin xarici şoklara qarşı dayanıqlığını gücləndirir və uzunmüddətli məzənnə sabitliyini dəstəkləyir.
