Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları iyunun 19-da Bakıda uğurla başa çatıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” devizi altında keçirilən tədbir İİB Qrupuna üzv ölkələrin əməkdaşlığının inkişafı baxımından mühüm mərhələnin əsasını qoyub.
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb