Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq.
Banco.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
