2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2567.2 kq qızıl, 3064.2 kq isə gümüş istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% artıb, gümüş istehsalı isə 19.6% azalıb.
