Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərinə (SC) müraciət edib.
Müraciətdə deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə görə, SC-nin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağında təsdiq edilir.
