Banco.az | Tezliklə

Azərbaycanda restrukturizasiya olunmuş kreditlər 1 milyard manatdan çoxdur

Bu ilin I yarısında Azərbaycanda restrukturizasiya olunmuş kredit portfeli 3,6 % (40 milyon manat) azalaraq 1,07 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Azərbaycanca

AMB: Əhalinin borc yükü artıb

Bu ilin I yarısında Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 18,5 % olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Azərbaycanca

Mərkəzi bank Azərbaycanda mənzil qiymətlərinin artmasının səbəblərini açıqlayıb

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.

Azərbaycanca

Aİ startaplar üçün birgə tənzimləmə planı hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Komissiyasının sədri Ursula fon der Leyen startaplar üçün “Rejim 28” adlı qanunun 2026-cı ildə təqdim ediləcəyini bildirib.

Azərbaycanca

Tayvan ABŞ-ın çip təklifini rədd edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinlə suverenlik mübahisəsində olan Tayvan ABŞ-ın tarif danışıqlarında çip istehsal qabiliyyətini 50/50 nisbətində bölüşdürmək təklifini qəbul etməyəcəyini bildirib.

Azərbaycanca

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Azər Türk Bank 29 sentyabr – 3 oktyabr tarixlərində Frankfurt şəhərində keçirilən və dünyanın ən böyük maliyyə xidmətləri konfransı hesab olunan Sibos 2025 forumunda iştirak edib. Bu il tədbirə dünyanın nüfuzlu bankları, fintex şirkətləri və maliyyə institutlarının nümayəndələri daxil olmaqla 12,5 mindən çox iştirakçı qatılaraq rekord göstərici əldə olunub.

Azərbaycanca

AMB illik hesabatlarını təqdim etməyən şirkətlərə xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərə xəbərdarlıq edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib.

Azərbaycanca

Tailand Azərbaycandan neft idxalını 3 dəfəyədək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Tailand 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 75 milyon 910 min dollar dəyərində neft idxal edib.

Azərbaycanca

İctimai nəqliyyatda vahid kartdan istifadə edə biləcəyik

Bakıda ictimai nəqliyyatda “BakıKart”, Gəncədə isə “CityKart” sistemləri ilə ödəniş həyata keçirilir. Lakin ölkəmizdə nəqliyyat xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində vahid ödəniş kartı tətbiqinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Ehtimal olunur ki, sözügedən yenilik sayəsində, vətəndaşlar həm paytaxtda, həm də regionlarda ictimai nəqliyyatdan eyni kart vasitəsilə istifadə edə biləcəklər.

Azərbaycanca

Sudan istifadədə differensial tarif tətbiq olunacaq

Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.

Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »