Banco.az | Tezliklə

Qızılın qiyməti 4000 dollara yaxınlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Qızıl ABŞ federal hökumətinin bağlanmasının uzadılması ilə yeni rekordlar qırdı. Qızılın qiyməti 4000 dollara yaxınlaşdı.

Külçə bir unsiya üçün 3,920,63 dollara qədər yüksəldikdən sonra qazanclarının bir hissəsini geri verdi.

Azərbaycanca

OPEC+ üzvü olan ölkələr noyabrda neft hasilatını artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun 8 üzvü gözləntilərə uyğun olaraq noyabr ayında hasilatı gündəlik 137 min barel artırmaq qərarına gəlib.

Azərbaycanca

Rəsmi valyuta məzənnələri - 06.10.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2025-cü il oktyabrın 6-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

1 EUR - 1.9927 manat            

Azərbaycanca

BYD sentyabrda Birləşmiş Krallıqda elektrik avtomobillərinin satışını təxminən 10 dəfə artırıb

Müəllif - Fərid İslamov - Banco.az

 Çin şirkəti BYD sentyabr ayında Birləşmiş Krallıqda elektrik avtomobillərinin satışını illik müqayisədə 9,8 dəfə artırıb, məlumatı avtomobil istehsalçısı yayıb.

2025-ci ilin sentyabr ayında şirkət Birləşmiş Krallıq bazarında 11,27 min elektrik avtomobili satıb, halbuki bir il öncə bu göstərici 1,15 min idi.

İlin əvvəlindən BYD ölkədə cəmi 35 mindən bir qədər çox elektrik avtomobili satıb və bu bazar Çin xaricində şirkət üçün ən böyük bazar olub.

BYD Birləşmiş Krallığın avtomobil bazarında 2,2% paya sahibdir.

Azərbaycanca

Critical Metals-in səhmləri ABŞ hökumətinə pay satışı xəbəri ilə 67% bahalaşıb

Müəllif - Fərid İslamov - Banco.az

 Critical Metals mədənçilik şirkətinin səhmlərinin qiyməti ABŞ hökumətinin şirkətdə pay almaq üçün danışıqlar apardığı barədə mediada yayılan xəbərlər fonunda kəskin artıb.

Critical Metals nadir torpaq metalları hasilatı ilə məşğuldur. Xüsusilə, şirkətə Qrenlandiyada böyük Tanbreez layihəsi məxsusdur.

Reuters-in məlumatına görə, Critical Metals əvvəllər 50 milyon dollar həcmində hökumət qrantı üçün müraciət edib və Vaşinqton bu qrantı şirkətdə təxminən 8% pay müqabilində təqdim edə bilər.

Azərbaycanca

ABŞ Senatı büdcə layihələrini təsdiq etməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökumətinin bağlanması ötən həftə qlobal bazarlarda əsas diqqət mərkəzində olub.

Azərbaycanca

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökumətinin bağlanması ötən həftə qlobal bazarlarda əsas diqqət mərkəzində olub.

Azərbaycanca

ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkə buraxmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi 2026-cı ildə prezident Donald Trampın təsviri olan 1 dollarlıq sikkə istehsal etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, sikkənin bir tərəfində Trampın profili əks olunub. 

Azərbaycanca

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1% artaraq 69,21 ABŞ dolları təşkil edib.

Azərbaycanca

ABŞ-ın dövlət borcu rekord həddə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ-ın dövlət borcu son iki gündə rekord həddə - 358 milyard dollar artıb.

Banco.az xəbər verir ki, ABŞ-da federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »