Bank rəhbəri Rusiya və digər ölkələrdə qiymət artımlarını müqayisə edib | Banco.az

Bank rəhbəri Rusiya və digər ölkələrdə qiymət artımlarını müqayisə edib

Müəllif - Aida İsaq, Banco.az

"Rusiya Federasiyasında inflyasiya dünya üzrə ümumi göstəricilərdən bir o qədər də fərqlənmir."

 Banco.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

“Bizim inflyasiya göstəricilərimiz digər ölkələrlə müqayisədə çox da fərqlənmir. Baxmayaraq ki, biz daha böyük şoklarla üzləşmişik”.

Tənzimləyici qurumun rəhbəri qeyd edib ki,  Rusiya banklarında vəziyyət hazırda stabildir. Kreditləşmənin tempində yüksəlmələr müşahidə olunur. E.Nabiullina beynəlxalq maliyyə institutlarının Rusiya ilə əməkdaşlıq etməkdən imtina etməsini xoş qarşılamayıb. Ancaq onun sözlərinə görə, onların bu addımı Rusiya iqtisadiyyatının inkişafı üçün böyük maneə deyil.

Bundan əlavə, Mərkəzi Bankın rəhbəri hesab edir ki, dünya üzrə mərkəzi banklar faiz dərəcələrini artırsa, qlobal iqtisadiyyatda genişmiqyaslı maliyyə böhranının qarşısını almaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, statistikaya əsasən Rusiyada istehlak inflyasiyası noyabrın 1-dən 7-nə kimi illik ifadədə 12,52 faiz azalıb. Avrodan istifadə edən 19 ölkədə illik inflyasiya oktyabrda bir ay əvvəlki 9,9 faizlə müqayisədə 10,7 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram