Britaniyalılar üçün elektrik enerjisinə qənaət etməyin üsulları açıqlanıb | Banco.az

Britaniyalılar üçün elektrik enerjisinə qənaət etməyin üsulları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Britaniyada evi isti saxlamaq və elektrik enerjisinə qənaət etməyin üsulları açıqlanıb. Banco.az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsinin sədri Con Qummer əhaliyə çağırış edib. Belə ki, sakinlərə gecələr pərdələri bağlamaq və pəncərələri izolyasiya etdirmək tövsiyə olunub. 

Qummer eyni zamanda maliyyə naziri Ceremi Hanta məktub göndərərək, əhalini bu istiqamətdə maarifləndirmək üçün ictimai kampaniya başlatmağın vacib olduğunu bildirib.

Qummer su anbarlarının istilik izolyasiyası ideyasını, həmçinin mərkəzləşdirilmiş istilik sistemiylə evlərə daxil olan suyun temperaturunu aşağı salmağı təklif edib. İqlim dəyişikliyi komitəsinin sözlərinə görə, bu addım 34 milyon funt-sterlinq qənaətə gətirib çıxaracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et