NATO taxıl dəhlizinin fəaliyyəti ilə bağlı narahatdır | Banco.az

NATO taxıl dəhlizinin fəaliyyəti ilə bağlı narahatdır

Müəllif - Aida İsaq, Banco.az

Ukraynadakı vəziyyətlə əlaqədar taxıl dəhlizinin fəaliyyətini dayandırması riskləri aktuallığını qoruyur.

Banco.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Aclıqla mübarizə aparmaq üçün Ukrayna taxılının dünyaya axını davam etməlidir. Stoltenberq bu sövdələşmənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Xatırladaq ki, Rusiya oktyabrın sonunda Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını elan edib. Buna səbəb Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopolda mülki gəmilərə terror hücumları təşkil etməsidir. Daha sonra Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə zəmanətin əldə olunması fonunda ərzaq sövdələşməsində iştirakını bərpa etdiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et