Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı enerji qiymətlərinin gələn il 11,2 faiz ucuzlaşacağını gözləyir.
Banco.az xəbər verir ki, bank "Əmtəə Bazarlarına Baxış Hesabatı"nın 2022-ci ilin oktyabr buraxılışını "Pandemiya, Müharibə, Tənəzzül: Alüminium və Mis qiymətlərinin hərəkətverici qüvvələri" başlığı ilə dərc edib.
Hesabatda qlobal artımın kəskin ləngiməsinin və gözlənilən qlobal tənəzzüllə bağlı narahatlıqların əmtəə qiymətlərinə təzyiq göstərdiyi qeyd edilib.
Bu il enerji qiymətlərinin təxminən 60 faiz bahalaşacağı proqnozlaşdırılır
Artan əmtəə qiymətlərinin inflyasiya təzyiqlərini artırma ehtimalı ilə bağlı xəbərdarlığın vurğulandığı hesabatda neft, təbii qaz və kömürdən ibarət olan enerji əmtəələrinin qiymət indeksinin bu il ötən ilə nəzərən 59,1 faiz artacağının gözlənildiyi yazılıb.
Hesabatda həmçinin qeyd olunub ki, enerji qiymətləri indeksi 2023-cü ildə 11,2 faiz azalacaq, lakin buna baxmayaraq, qiymətlərin son 5 ilin orta göstəricisindən 75 faiz yuxarı qalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!