Tamara Mustafayeva, Banco.az
Livan prezidenti Mişel Övn ilə görüşən Fransanın enerji şirkəti "Total"ın rəsmiləri 2023-cü ildən etibarən Livanın cənubundakı ərazi sularında qaz kəşfiyyatı fəaliyyətlərinə başlayacaqlarını bildiriblər.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Prezident Aparatından verilən bəyanata görə, Övn Baabda Sarayında "Total"ın yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.
Bəyanatda bildirilib ki, “Total” şirkətinə məxsus nümayəndə heyətinin tədqiqat və kəşfiyyat işlərinin aparılması üçün 2023-cü ilin əvvəlindən Livanın ərazi sularında platforma yaradılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!