Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada illik istehlak inflyasiyası sentyabr ayında bir ay sonra yenidən ikirəqəmli həddə çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sentyabrda Britaniyada inflyasiya 10,1 faiz olub. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçılar isə illik inflyasiyanın 10 faiz olacağını gözləyirdilər.
İyulda 40 il sonra ikirəqəmli həddə çatan illik istehlak inflyasiyası avqustda təkrəqəmli rəqəmlərə düşsə də, sentyabrda yenidən ikirəqəmli həddə yüksəlib.
Sentyabrda aylıq inflyasiya da 0,4 faizlik gözləntidən yuxarı, 0,5 faiz təşkil edib. İllik nüvə inflyasiyası isə 6,5 faiz təşkil edib. Proqnozlar isə 6,4 faizi göstərirdi.
Qeyd edək ki, inflyasiyanın artmasında ərzaq və alkoqolsuz içkilərin bahalaşması əsas rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!