Tamara Mustafayeva, Banco.az
Ötən həftə ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı altı həftənin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, işsizlik müavinəti üçün müraciətlər 8 oktyabrda sona çatan həftədə 9 min artaraq 228 minə yüksəlib. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə 225 min nəfər idi.
Müraciətlərin artmasında Florida ştatında baş verən "lan" qasırğası böyük rol oynayıb.
4 həftəlik ortalama müraciətlər isə 211 min 500-ə yüksələrkən, davam edən müraciətlər 1 oktyabrda bitən həftədə çox dəyişməyərək 1,37 milyon olub.
Dünən açıqlanan məlumatlara görə, ölkədə nüvə inflyasiyası ötən 40 ilin pik həddinə çataraq FED-dən yüksək faiz artımı gözləntilərini gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!