Rabitəbank-ın kredit portfeli 1 milyard manata yaxınlaşıb | Banco.az

Rabitəbank-ın kredit portfeli 1 milyard manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rabitəbank-ın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 995 milyon 84 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 53 milyon 795 min manat və ya 5,7% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 360 milyon 709 min manat, biznes kreditləri portfeli 436 milyon 228 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 198 milyon 147 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 22 milyon 810 min manat və ya 6,8%, 17 milyon 964 min manat və ya 4,3%, 13 milyon 20 min manat və ya 7% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram