Bu şirkət dünyanın 5-ci ən böyük avtomobil markası olmağa hazırlaşır | Banco.az

Bu şirkət dünyanın 5-ci ən böyük avtomobil markası olmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Alman avtomobil nəhəngi "Volkswagen" tabeliyindəki "Porsche" şirkətinin səhmlərinin sentyabrın 29-dan etibarən Frankfurt Birjasında satılacağını elan edib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, "Volkswagen"dən verilən açıqlamaya görə, "Porsche" markasının səhmlərin satışa çıxarılmasından sonra 70-75 milyard avro bazar dəyərinə çatması hədəflənir.

Birja əməliyyatlarında 911 milyon səhmin yarısı adi, digər yarısı isə imtiyazlı səhmlər olacaq. Ümumilikdə isə 18,1-19,5 milyard avro məbləğində səhm satışı reallaşdırılacaq.

"Volkswagen" buradan 9 milyard avrodan çox satış gəliri gözləyir ki, əldə etdiyi kapital "Porsche"nin elektromobillərə inteqrasiyası istiqamətində yeni investisiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, əgər şirkət qarşıya qoyduğu hədəfə nail olarsa, "Porsche" dünyanın 5-ci ən dəyərli avtomobil şirkəti olacaq. Hazırda isə ABŞ-ın elektromobil istehsalçısı "Tesla" 943,72 milyard dollarla ən dəyərli avtomobil şirkətidir. Onu 193,38 milyard dollarla "Toyota", 100,42 milyard dollarla Çinin "BYD" şirkəti və 87,71 milyard dollarla "Volkswagen" izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram