İsveçrə bankı Çinin artım proqnozlarını aşağı salıb | Banco.az

İsveçrə bankı Çinin artım proqnozlarını aşağı salıb

Tamara Mustafayeva, Banco.az

"UBS Group AG" üçüncü rübdə gözlənilən canlanmanı göstərə bilmədiyinə və daşınmaz əmlak sektorunda daralmanın davam etdiyinə inandığı Çin iqtisadiyyatı üçün 2022 və 2023-cü illər üzrə artım proqnozlarını aşağı salıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Çin iqtisadiyyatının 2022-ci il üzrə ÜDM artım proqnozunu 3,0 faizdən 2,7 faizə endirən İsveçrənin transmilli investisiya bankı "UBS Group" 2023-cü il üzrə artım gözləntisini də 5,4 faizdən 4,6 faizə endirib.

Çinin son dövrlərdə atdığı stimullaşdırıcı addımların dördüncü rübdə bəhrəsini verə biləcəyini ifadə edən "UBS", bununla belə, COVID-19 ilə mübarizə tədbirlərinin 2023-cü ildə iqtisadiyyata təsirini davam etdirəcəyini və ixracatın yavaşlayacağını proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram