Avrozonada martda inflyasiya rekorda çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avrozonada martda inflyasiya rekorda çatıb

İlkin məlumatlara görə, bu ilin mart ayında Avrozonada illik inflyasiya 7,5% təşkil edib ki, bu da müşahidələr dövründə qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiyaya ən çox təkan verən enerji qiymətləri illik müqayisədə 44,7% artıb. Ərzaq, alkoqol və tütün martda 5%, qeyri-enerji sənaye malları 3,4%, xidmətlər isə 2,7% bahalaşıb.

Statistik məlumatları artıq əlçatan olan Avropa ölkələrinə gəldikdə, martda ən yüksək illik inflyasiya Litvada (15,6%), Estoniyada (14,8%) və Niderlandda (11,9%) qeydə alınıb. Ən zəif illik qiymət artımı isə Maltada (4,6%), Fransada (5,1%) və Portuqaliyada (5,5%) müşahidə olunub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram