Bank kartı alarkən isə ilk növbədə diqqət kartın qiymətinə yönəlir. Bəzi banklar da müştərilərinə pulsuz kartlar təqdim edir. Lakin bəzilərində bunun üçün ilkin mədaxil tələb olunur. İlkin mədaxil, adətən, kartın istifadə müddətinə və onun statusuna görə dəyişir. İlkin mədaxil məbləği dedikdə, müştərinin kartı əldə edərkən karta daxil edilməli məbləğ nəzərdə tutulur ki, bu da məcburi xarakter daşıyır. Lakin həmin məbləğ müştərinin ixtiyarında olur və ondan istədiyi vaxt istifadə edə bilir.
Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022
Banco.az olaraq pulsuz bank kartları ala biləcəyiniz bankları araşdırdıq. Siyahıda həm sadə, həm də premium kartlar öz əksini tapıb. İlk beş kartda ilkin mədaxil olmasa da, digər kartlarda ilkin mədaxil var. Kartlar ilkin mədaxilin məbləğinə əsasən azdan çoxa doğru sıralanıb.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!
pulsuz kartlar, pulsuz debet kartlar, pulsuz bank kartları