Avropada təbii qazın qiyməti yenidən rekord vurdu | Banco.az

Avropada təbii qazın qiyməti yenidən rekord vurdu

Tamara Mustafayeva, Banco.az 

Avropada təbii qazın qiyməti bahalaşmaqda davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qaz fyuçerləri ötən 10 gündən 8-ni yüksəliş dinamikası ilə başa vurarkən, digər tərəfdən də qitədə təbii qazın qiyməti bir meqavat/saat üzrə 180 avroya qədər bahalaşmaqla öz rekordunu yeniləyib.

Qiymətlərin bahalaşmasında havanın soyuması səbəbindən istehlak həcminin artması və Rusiyadan nəql edilən təbii qazın miqdarının azalması mühüm rol oynayıb. 

Avropanın təbii qaz göstəricisi hesab edilən Hollandiya 1 aylıq təbii qaz fyuçersi dünən bir meqavat/saat üzrə 151.6 avroya qədər yüksəlib.

Xatırladaq ki, dünən 22% bahalaşan təbii qazın qiyməti axırıncı dəfə 28 avqust 2020 tarixində eyni sürət dinamikası ilə artım göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram