Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi həftənin sonuncu iş gününə stabil başlayıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, çərşənbə günü birjaların bağlandığı əsnada 8.87 səviyyəsində icra edilən məzənnə gecə saatlarında 8.95 səviyyəsini üstələyərək yeni rekorda imza atmış, dünən isə 8.88-8.94 səviyyələri aralığında icra edilmişdi.

Hazırda Dollar/TL məzənnəsi 8.89 səviyyəsində icra edilir. 

Qeyd edək ki, Türk lirəsinin ucuzlaşma dinamikası ötən həftə Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasından sonra sürətlənmişdi. Bu qərardan əvvəl kurs 8.65 səviyyələrində icra edilirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram