Mərkəzi Bank və "MasterCard" rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb | Banco.az

Mərkəzi Bank və "MasterCard" rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb

Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Nağdsız hesablaşamlar üzrə Dövlət proqramının başa çatmasından sonra "MasterCard" şirkəti Azərbaycan Mərkəzi Bankı ilə Rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb.

Bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib

O bildirib ki, bu tərəfdaşlıq tərəflərin nağdsız iqtisadiyyata sürətli keçidin davam etməsinə bağlılığını vurğulayır və 2025-ci ilədək davam edəcək:

"Nağdsız hesablaşmaların əsasında rəqəmsal texnologiyalar dayanır. Tərəfdaşlıq 5 illik müddətdə rəqəmsal transformasiya ilə bağlı yol xəritəsini əhatə edir. KOB-ların rəqəmsal inkişafı, kibertəhlükəsizlik və süni intellekt, ağıllı şəhərlər və turizm kimi sferaları nəzərdə tutan tərəfdaşlıq Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına töhfə verəcək".

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram