Artıq bütün istifadəçilər "Instagram"ın "Hekayə" bölməsinə link əlavə edə biləcək | Banco.az

Artıq bütün istifadəçilər "Instagram"ın "Hekayə" bölməsinə link əlavə edə biləcək

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, "Instagram" platformasındakı "Hekayə" bölməsinə link əlavə etmə funksiyası bu vaxtadək təkcə 10 mindən çox istifadəçisi olan şəxslər üçün aktiv idi. İndi isə platforma yeni addım atıb və sözügedən funksiya yaxın günlərdə bütün istifadəçilərin ixtiyarına veriləcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, hazırda sınaq mərhələsində olan yeni "link etiketi" sayəsində istifadəçilər buraya klikləyərək müvafiq sayta daxil ola biləcək. 

"Instagram"ın məhsul direktoru Vishal Shah sözügedən yeni link etiketini istifadəçilərin linkləri necə istifadə edəcəklərini öyrənmək üçün sınaqdan keçirdiklərini açıqlayıb. Bununla yanaşı, dezinformasiya və "spam" xarakterli yayımlar səbəbindən insanların əlavə etdiyi linklərin nəzarətdə saxlanıldığı da qeyd edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram