“Bankın Risk İşçisi” sertifikasiya imtahanına qeydiyyat başladı! | Banco.az

“Bankın Risk İşçisi” sertifikasiya imtahanına qeydiyyat başladı!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) International Consulting Company (ICC) ilə birgə əməkdaşlıq çərçivəsində yeni sertifikasiya proqramını təqdim edir. Sertifikasiya proqramı banklarda fəaliyyət göstərən əməkdaşların risk sahəsi üzrə peşəkarlıq səviyyələrinin artırılması, həmçinin bu s

ahədə maraqlı olan şəxslərin risk sahəsində kariyera qurması üçün təşkil olunub.

Qeyd edək ki, “Bankın Risk İşçisi”  adlı yeni sertifikasiya imtahanına artıq qeydiyyat başlamışdır.

Sertifikasiya imtahanı 13 iyun 2021-ci il, saat 11:00 tarixində keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən namizədlər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçib daha sonra imtahan  müraciəti edə bilərlər.  

Əlaqədar şəxs: Səadət Hüseynli

Tel: (+994 12) 505 53 02

(+994 55) 202 93 43

Email: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram