Tamara Mustafayeva, Banco.az
Twitter CEO-su Cek Dorsi yeni Bitkoin investisiyasına hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış biznesmen Cek Dorsinin sahib olduğu "Square" adlı ödəniş sistemi şirkəti Bitkoin mədənçiliyində günəş enerjisindən istifadə edilməsi üzrə layihəyə 5 milyard dollar sərmayə qoyacağını elan edib.
Sözügedən layihənin 100% yenilənə bilən enerji ilə Bitkoin istehsalının reallaşdırılması baxımından çox yaxşı nümunə olacağı gözlənilir.
"Blockstream Mining" ilə əməkdaşlıq etməyə hazırlaşan "Square" şirkəti əməliyyat xərcləri və investisiya-gəlir göstəricilərinin ictimaiyyətə açıq olacağını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!