Banco.az-ın əldə etdiyi məlumata görə Bank sahəsində tanınmış bankir, uzun illər Bank of Baku-da çalışmış və Bankın Baş Direktoru olmuş Anar Abbasov bu günlərdə bankdan ayrıldığını bildirib.
Xatırladaq ki, Anar Abbasov Bank of Baku-da 2008-ci ildən çalışır. 2012-ci ildən biznes sahəsində müxtəlif departamentlərə rəhərlik etmiş, Məhsulların Yaradılması Komitəsinin sədri olmuşdur. 2018-ci ildən isə İT və Ödəniş Sistemləri üzrə sahə rəhbəri kimi çalışıb. Eyni zamanda, Gürcüstanda fəaliyyət göstərən Prime İnsurance şirkətində Müşahidə Şurası Sədrinin müavinidir.
Qeyd edək ki, bankir hal-hazırda Sheffield Universitinde MBA üzrə təhsil alır. Bank sektorunda çox saylı innovativ həllərin yaradıcısı olan Anar Abbasov Banco.az saytına sektorda olan yeniliklər barədə dəfələrlə müsahibə vermişdir. Anar bəyə gələcək karyerasında uğurlar arzu edir və media ilə geniş əməkdaşlığına görə təşəkkür edirik.
http://banco.az/ru/news/bank-of-baku-novator-v-sfere-bankovskogo-obsluzhivaniya
http://banco.az/az/news/musterilerimize-724-rejiminde-elektron-bank-xidmetrleri-gostereceyik
Bizi sosial şəbəkələrdən izləyin!!