ABŞ İranın bu şirkətlərinə sanksiyalar tətbiq edib | Banco.az

ABŞ İranın bu şirkətlərinə sanksiyalar tətbiq edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ İrandan dəmir yolu və avtomobil sektoruna yeni sanksiyalar tətbiq edib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın avtomobil və dəmir yolu sektorlarına, həmçinin sanksiyalardan yayınmaqda istifadə edildiyi bildirilən maliyyə şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib.

Sanksiyalar çərçivəsində İranın aparıcı avtomobil istehsalçıları "Khodro" və "SAIPA", onların törəmə şirkətləri, həmçinin İran İslam Respublikası Dəmir Yolu Şirkəti və "Raja" Sərnişin Qatarları Şirkəti də daxil olmaqla bir sıra qurumlar hədəfə alınıb.

ABŞ Maliyyə Nazirliyi həmçinin İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi və Rusiya ilə əlaqəli olduğu iddia edilən "A7" kölgə bank şəbəkəsinə qarşı tədbirlər görüb.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, yeni sanksiyalar İranın maliyyə fəaliyyətini təmin edən kanalları və sanksiyalardan yayınma mexanizmlərini zəiflətməyə yönəlib.

Vaşinqton bu tədbirləri İrana qarşı həyata keçirilən “İqtisadi Təcrid” əməliyyatının yeni mərhələsi kimi təqdim edib.