Bu bankların ötənilki qeyri-faiz xərcləri 100 milyon manatdan çox olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu bankların ötənilki qeyri-faiz xərcləri 100 milyon manatdan çox olub

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün ötənilki qeyri-faiz xərcləri 100 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (267,534 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (224,146 milyon manat) və “PAŞA Bank”dır (143,912 milyon manat).

Qalan 23 bankdan 4-də qeyri-faiz xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan az olub.

Azərbaycanda 16 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki qeyri-faiz xərcləri əvvəlki ilə nisbətən az olub.

Bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, Pakistan Milli Bankının Bakı filialı, “Yapı Kredi Bank Azərbaycan”, “Access Bank”, “Muğan Bank”, “Express Bank”, “AFB Bank” və “Premium Bank”dır.

Ən çox azalma “Premium Bank”da (20,8%), ən az azalma isə “Xalq Bank”da (2,1%) qeydə alınıb.

Qalan 16 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Azərbaycan Beynəlxalq Bankı”nda (35,3%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,4%) qeydə alınıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram