2021-ci ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların həcminin 0,2% artaraq 5 924,9 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Sənəddə qeyd olunub ki, xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 772,5 mln. manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 mln. manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 mln. manata bərabər olacağı gözlənilir.
Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların ümumi həcminin 22 209,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!