Avropa İttifaqı "Fiat" və "Peugeot" birləşməsinə razılıq verdi | Banco.az

Avropa İttifaqı "Fiat" və "Peugeot" birləşməsinə razılıq verdi

Tamara Mustafayeva, Banco.az

İtaliyanın məşhur avtomobil brendi "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın tanınmış avtomobil brendi "Peugeot"nun istehsalçısı "PSA Group" rəqibləri Yapon avtomobil istehsalçısı "Toyota" şirkətinə dəstək verəcəklərinə dair öhdəlik götürdükdən sonra Avropa İttifaqından intihar təsdiqi alıblar. 

İki avtomobil istehsalçısı dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı "Stellantis"i yaradacaq sözügedən razılaşmanın sənayenin ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını və pandemiyanı maliyyələşdirmək üçün üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə köməkçi olacağına ümid edirlər.

Avropa Komissiyası "Peugeot"nun "Toyota Motor" ilə əldə edilən kiçik mikroavtobus razılaşmasını genişlədəcəyini, "Toyota"nın patensialını artıracağını və rəqabət problemlərini həll etmək üçün yeni avtomobillər, ehtiyat hissələr və aksesuarlar üzrə daşınma haqqlarını azaldacağını bildirib. Bununla yanaşı "Fiat" və "Peugeot" bazara yeni daxil olacaq rəqiblərinin inkişafına yardımçı olmaq məqsədilə mikroavtobuslar üçün təmir və istismar şəbəkələrinə çıxışı asanlaşdıracaqlar.

Xatırladaq ki, "Fiat" və "Peugeot" 2019-cu ilin sonlarında birləşmə qərarını elan etmişdilər. "Stellantis" adı verilən 38 milyard dollarlıq təşəbbüs "Peugeot", "Opel"lə yanaşı, "Fiat", "Jeep", Dodge", "Ram" və "Maserati" kimi markalara da rəqib olacaq.

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsində şərtlər DƏYİŞDİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram