Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Arktika bölgəsi üzrə yeni strategiyasını açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda etdiyi çıxışda Arktika bölgəsinin Avropanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Arktika geosiyasi güclərin birbaşa qarşı-qarşıya gəldiyi bölgədir. Bu vəziyyət strategiyamızı yenidən nəzərdən keçirməyimizi tələb edir”, – deyən fon der Lyayen yeni strategiyanın bölgə əhalisinin və Avropanın ortaq maraqlarını nəzərə alacağını, təhlükəsizlik və iqtisadi imkanların inkişafına yönələcəyini bildirib.
Fon der Lyayen Arktikada temperaturun yüksəlməsinə də diqqət çəkərək bunun Avropa üçün birbaşa nəticələr doğurduğunu qeyd edib.
Arktikada istiləşmənin Avropanın müxtəlif bölgələrində daha şiddətli və uzunmüddətli hava hadisələrinə səbəb olduğunu bildirən fon der Lyayen bu prosesin ekosistemə, kənd təsərrüfatına və su ehtiyatlarına da təsir göstərdiyini deyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
