"Fiat" və "Peugeot" birləşməsində şərtlər DƏYİŞDİ | Banco.az

"Fiat" və "Peugeot" birləşməsində şərtlər DƏYİŞDİ

Tamara Mustafayeva, Banco.az

"Fiat Chrysler" və "PSA Group" nağd pul vəsaitlərini qorumaq üçün birləşmənin şərtlərini dəyişdiriblər.

İtaliyanın məşhur avtomobil brendi "Fiat"-ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın tanınmış avtomobil brendi "Peugeot"-nun istehsalçısı "PSA Group" bərabər payda (50/50) planlaşdırılan birləşmənin şərtlərini nağd pul vəsaitlərini qorumaq üçün yeniləyərək pandemiya səbəbilə başlatdıqları xərclərin azaldılması səviyyəsini artırıblar. 

"Stellantis" adı altında birləşərək dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq yeni şirkət yaradacaq bu iki şirkətin ortaq açıqlamasında "Fiat Chrysler Automobiles NV"-nin səhmdarlarına bu il imzalanan müqavilənin şərtlərinə uyğun olaraq ödəniləcək 5,5 milyard avro özəl nağd dividentin 2,9 milyard avroya endiriləcəyi bildirilib.

Citroen və Opel markalı avtomobillərin istehsalı ilə də məşğul olan "PSA Group" isə bunun müqabilində birləşmə başa çatanadək avtomobil hissələri istehsalçısı "Faurecia" şirkətindəki 465-lik səhmlərinin transferini təxirə salacaq və sözügedən transfer yeni yaradılacaq qrupun bütün səhmdarlarına şamil ediləcək.

Qeyd edək ki, "Faurecia" şirkətinin bazar dəyəri təqribən 5,9 milyard avrodur. 

Ən sərfəli kredit üçün müraciət et

"Fiat Chrysler" və "PSA Group" müştərək açıqlamada dəyişikliklərin ilk birləşmə razılaşmasındakı tarazlığı qoruduğunu bildiriblər. Yəni, yeni yaradılacaq şirkətdə tərəflər yenə də bərabər payda (50/50) səhmdar olacaqlar.

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsinin yeni adı AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et