Tamara Mustafayeva, Banco.az
Sosial media nəhəngi Covid-19 ilə bağlı dezinformasiya yayan xəbərlərə qarşı istifadəçiləri məlumatlandıracaq.
2,5 milyarddan çox aktiv istifadəçisi olan Facebook platforması koronavirusla mübarizə çərçivəsində yeni qərar qəbul edib. Belə ki, şirkət istifadəçilərin pandemiya ilə əlaqədar yanlış məlumatlara məruz qalmasının qarşısını almağa çalışır. Odur ki, doğru olmayan informasiya xarakterli yazılarla qarşılaşan istifadəçilərə bununla bağlı xəbərdarlıq ediləcək.
Yeni dəyişikliklə artıq platformanın xidmət şərtlərini pozduğu üçün silinən müvafiq xəbərləri bəyənən, şərh yazmaq və ya başqaları ilə bölüşmək istəyən bütün istifadəçilərə bununla bağlı bildiriş göndəriləcək.
Xatırladaq ki, Facebook ilk dəfə aprel ayında istifadəçiləri Dünya Səhiyyə Təşkilatının rəsmi internet saytında yayımlanan məlumatlara yönləndirməyə başlamışdı. İndi də sosial media nəhəngi istifadəçilərə göndərilən müvafiq bildirişdə "Covid-19 haqqında yanlış və zərərli məlumatları özündə ehtiva edən xəbərləri yayımdan qaldırırıq.", deyə xəbərdarlıq edəcək.
Həmçinin oxu: Facebook Covid-19 peyvəndi ilə bağlı əsassız xəbərləri yayımlamayacaq
Bizi sosial şəbəkələrdən izləyin!!