Facebook Covid-19 peyvəndi ilə bağlı əsassız xəbərləri yayımlamayacaq | Banco.az

Facebook Covid-19 peyvəndi ilə bağlı əsassız xəbərləri yayımlamayacaq

Tamara Mustafayeva, Banco.az

Facebook şirkəti Covid-19 peyvəndlərinə dair səhv məlumat xarakterli xəbərlərin yayımlanmasına icazə verməyəcəyini açıqlayıb.

Pandemiyanın başladığı ilk gündən bəri Facebook və Twitter kimi sosial media nəhəngləri istifadəçilərin əsassız informasiyalara məruz qalmaması üçün bir çox addımlar atıblar. Belə ki, daha əvvəl virusun yayılması ilə bağlı doğru olmayan fikirlər başda olmaqla əsassız məlumatlara qarşı müvafiq tədbirlər görülmüşdü. Son günlərdə isə peyvəndlə bağlı müsbət irəliləyişlərin olması mövzu ilə bağlı xəbərlərin də sürətlə yayılmasına səbəb olub.

Covid-19 peyvəndlərinin buraxılmasına sayılı günlərin qaldığı hazırki dövrdə Facebook yeni tədbirlər görüləcəyini açıqlayıb. Belə ki, artıq Facebook və Instagram profillərində səhiyyə mütəxəssisləri tərəfindən təkzib edilmiş iddialar yayımdan qaldırılacaq.

Həmçinin oxu: Facebook bu tarixdən etibarən "Xidmət Şərtləri"-ni dəyişəcək

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et