"Türkiyə 2050-ci ildə ən böyük iqtisadiyyatlar arasında 10-cu yeri tuta bilər" | Banco.az

"Türkiyə 2050-ci ildə ən böyük iqtisadiyyatlar arasında 10-cu yeri tuta bilər"

Bloomberg Economics-in qiymətləndirməsinə görə, Türkiyə 2050-ci ildə ən böyük iqtisadiyyatlar arasında 10-cu yeri tuta bilər.

Bloomberg iqtisadçıları Tom Orlik və Bjorn Van Royenin hazırladığı bir araşdırmaya görə, Çin 2035-ci ildə ABŞ-ı "taxtından" endirərək dünyadakı ən böyük iqtisadi və hətta siyasi güc olacaq. Lakin Çinin bu yüksəlişi on illərdir davam edən və on illər boyunca da davam edəcək bir "inqilabın" yalnız görünən qisimidir.

İqtisadçıların 39 ölkədən yığdıqları məlumatlarla əsasən apardıqları araşdırmaya görə, İkinci Dünya müharibəsindən bu yana davam edən sabitlik dövrünün sona çatır. İqtisadiyyatın ağırlıq mərkəzi qərbdən şərqə, yəni inkişaf etmiş bazarlardan inkişaf edən bazarlara sürüşür.

Araşdırmaya görə, dünya əhalisinin yarısına sahib olan Asiyanın iqtisadi böyüklüyü 2020-ci ildə dünya iqtisadiyyatını 35%-ni təşkil edəcək, 2050-ci ildə isə dünya iqtisadiyyatının yarısına çatacaq.

"Dünyanın ən böyük iqtisadiyyatlarından üçü Asiyadakı inkişaf edən bazarlardan olacaq" deyən iqtisadçılar, Türkiyə iqtisadiyyatının da 2050-ci ildə ən böyük onuncu iqtisadiyyat olmasını nəzərdə tuturlar.

Araşdırmada, dövlətlərin qarşıdakı illərdə iqtisadiyyatda daha böyük rol oynayacağı da qeyd edilib, sərbəst olmayan iqtisadiyyatların payının 2050-ci ildə 43%-ə yüksələcəyi təxmin edilir. 2020-ci ildə sərbəst olmayan iqtisadiyyatların payı 23% ətrafındadır.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram