Dollar/TL məzənnəsi açıqlandı - Lirə bahalaşdı | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Lirə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb. 

Ötən həftənin cümə günü növbəti rekorda imza ataraq 8,58 səviyyəsinə çatan Dollar/TL məzənnəsi yeni iş həftəsində 8 səviyyəsindən geriləmişdi. Naci Ağbalın Mərkəzi Bankın sədri seçilməsi, Xəzinə və Maliyyə Naziri Berat Albayrakın istefası və Bank Tənzimləmə və Nəzarət Qurumununun (BDDK) swap həmləsindən sonra türk lirəsi ötən 1 ay ərzində yaşanılan itkiləri geri qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatda yeni dövrə qədəm qoyduqlarına dair açıqlamasından sonra daha da geriləyən kurs 7,85 səviyyəsinə çatıb.

Nəhayət 7 səviyyəsinə geriləməyə müvəffəq olan Dollar/TL məzənnəsi yeni günə də eyni tempdə başlayıb. Kurs Bakı vaxtı ilə 10:00-da 7,83 səviyyəsində icra edilib.

Qeyd edək ki, türk lirəsi bu həftə dollara qarşı ən çox dəyər qazanan valyuta olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram