Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62 442,4 min manat sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu müddətdə eyni sığorta növü üzrə 36 927,1 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 18%, ödənişlər 13,6% azalıb.
Hesabat əsasən, bu ilin yanvar-avqust ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 25 629,7 min manat sığorta haqqı yığılıb, 8 327,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 16%, ödənişlərdə isə 6,2% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 528 653 min manat (illik 12,5%-lik artım), ödənişləri 262 996 min manat (illik 49,9%-lik artım) təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!