Səudiyyə Ərəbistanında mal və xidmət alışında tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) 5%-dən 15%-ə qaldırılıb.
Neft koronavirus ilə əlaqədar olaraq ucuzlaşdığından Səudiyyə Ərəbistanın gəliri azalıb. ƏDV-nin artırılması ilə azalan gəlirin bir hissəsinin kompensasiya edilməsi hədəflənir.
Səudiyyə Ərəbistanı rəhbərliyi 2020-ci il üçün nəzərdə tutulan dövlət xərclərini 13,3 milyard dollara endirib. Ölkə koronavirus epidemiyasından əvvəl planlaşdırılan 220 milyard riyaldan (58.7 milyard dollar) əlavə olaraq 100 milyard riyal (26.7 milyard dollar) da borclanacaq.
Maliyyə Naziri Məhəmməd əl-Cedan, 11 Mayda açıqladığı qənaət tədbirləri çərçivəsində 1 İyuldan etibarən ƏDV-nin 15% olaraq tətbiq olunacağını bildirmişdi.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!