Qədim yunan filosoflarından həyata baxışınızı dəyişdirəcək tövsiyələr | Banco.az

Qədim yunan filosoflarından həyata baxışınızı dəyişdirəcək tövsiyələr

Tamara Mustafayeva, Banco.az

Qədim yunan filosofları bizə necə yaşamalı olduğumuz və işlərimizdə necə uğur qazana biləcəyimizlə bağlı mühüm dərsləri miras qoyublar.

Odur ki, bu filosoflardan oxuduqdan sonra unutmayacağınız, həyata baxışınızı dəyişdirəcək bir neçə müdrik kəlamı sizə təqdim edirik.

“Doğrularını digərləri yanlış hesab etdiyi üçün onlardan üz döndərmə." – Epikür

“Hər kəs əsəbləşə bilər, bu, çox asandır. Mühüm olan isə doğru insana doğru zamanda düzgün formada əsəbləşə bilməkdir. Bu, bəsit səslənsə də, hər kəsin bacaracağı davranış deyildir." – Aristotel

“Bildiyin halda susmaq bilmədiyin halda danışmaq qədər yanlışdır." – Platon

“Özünüzdən sonra geridə qoyduğunuz şey daş qəbirlər üzərində yazılan deyil, başqalarının həyatındakı rolunuzdur." – Perikl

“Bir onu bilirəm ki, əslində, heç nə bilmirəm." – Sokrat

“Keyfiyyət əməl deyil, vərdişdir." – Aristotel

Ən sərfəli kredit üçün müraciət et

“Dinləməyi öyrənsən, xoş danışmayanlardan belə faydalana bilərsən." – Plutarx

“Zəngin olun, ancaq uğura nail olmaq üçün bunu edin." – Fales

“Dəyişməyən yeganə şey dəyişikliyin özüdür." – Efesli Heraklit

Həmçinin oxu: 5 tövsiyə ilə baxış bucağınızı dəyişin

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et