5 tövsiyə ilə baxış bucağınızı dəyişin | Banco.az

5 tövsiyə ilə baxış bucağınızı dəyişin

Qarşılaşdığınız neqativ halların sizi ruhdan salmaması, ətrafınıza daha pozitiv baxmaq, daha xoşbəxt və güclü olmaq üçün aşağıdakı tövsiyələrə diqqət yetirin.

1. İnsanlar xoşbəxt olmurlar, xoşbəxtliyi seçirlər. Odur ki, ağıllı seçimlər edin. Çətinliklərlə qarşılaşdığınızda isə daha böyük səylə yolunuza davam etməyi seçsəniz, başqalarına da ilham ola bilərsiniz.

2. Şikayət sizin xilaskarınız olmayacaq. Şikayət edərək özünüzü qısa bir müddət üçün daha yaxşı hiss etsəniz də, üzləşdiyiniz çətinlikləri aradan qaldırmaq üçün əlinizdən gələni etmək və mövcud vəziyyəti dəyişdirməyə çalışmaq lazımdır.

3. Fərqliliklərə qarşı tolerant olun. Bəzən bizdən fərqli olan insanlara qərəzli yanaşır, özümüzə yaxın hiss etdiyimiz insanların əhatəsində oluruq. Ancaq özünüzdən fərqlənən insanlarla ünsiyyət qurmaq şəxsi inkişafınız üçün daha faydalıdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Qısqanclıq hissi öldürücüdür. Özünüzü müntəzəm olaraq daha uğurlu insanlarla müqayisə edərək heç nəyə nail ola bilməzsiniz. Hədəfiniz özünüz və öz məqsədləriniz olmalıdır.

5. Kiçik uğurlara sevinməyi öyrənin. Əldə etdiyiniz hər kiçik görünən uğuru belə sizin üçün dəyərlidir, odur ki bu uğurları qeyd edərək özünüzü daha yaxşı hiss edəcəksiniz.

Tamara Mustafayeva, Banco.az