Mercedes-Benz avtomobilin evə çatdırılması xidmətinə başlayıb | Banco.az

Mercedes-Benz avtomobilin evə çatdırılması xidmətinə başlayıb

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası digər bir çox sektora olduğu kimi avtomobil sektoruna da mənfi təsir göstərib. Avtomobil şirkətləri də bu çətin günləri ən az itki ilə keçirmək və bu müddətdə fəaliyyətlərini də davam etdirmək üçün bəzi addımlar atmağa başlayıblar. Sözügedən şirkətlərdən biri də Mercedes-Benz şirkətidir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, avtomobil nəhəngi Almaniyadakı onlayn mağazasında “evə çatdırılma” xidməti təqdim etməyə başlayıb. Avtomobil istehsalçısı şirkətin onlayn mağazası dekabr 2019-da yenilənib və o vaxtdan bəri 400 min ziyarətçi cəlb edib.

Mercedes markalı avtomobil alacaq şəxslər sözügedən evə çatdırılma xidmətindən sadəcə markanın onlayn mağazası vasitəsilə faydalana bilirlər. Bu xidmət müştərinin istədiyi ünvana ödənişsiz olaraq həyata keçirilir.

Mercedes-Benz də digər avtomobil istehsalçıları kimi onlayn avtomobil satışının perspektivlərini yüksək qiymətləndirir və 2025-ci ilə qədər ümumi satışların təqribən dörddə bir hissəsinin onlayn həyata keçiriləcəyini proqnozlaşdırır.

Həmçinin oxu: Audi şirkətinin loqo “çellenc”- nə Mercedes də qatıldı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram