Audi şirkətinin #FourRingsChallenge həştəqi ilə başlatdığı çağırışa Mercedes şirkəti AMG C63 modeli ilə asfalt üzərində Audi loqosunu yazdığı video ilə qatıldı.
Alman avtomobil istehsalçısı Audi şirkəti sosial məsafə saxlamağın əhəmiyyətini vurğulamaq üçün markanın loqosunda təsvir edilən halqaları bir-birindən ayırmışdı. Bu dəfə isə daha bir yeniliyinə imza atan şirkət loqosu ilə bağlı “çellenc”-ə başlayıb.
Şirkət loqosunda təsvir edilən 4 halqanın fərqli formalarda təsviri üçün #FourRingsChallenge həştəqi ilə təşəbbüs irəli sürüb və hər kəsi bu təşəbbüsün bir parçası olmağa dəvət edib. Yaradıcılığın sərhədlərini aşaraq müxtəlif vasitələrdən istifadə etməklə markanın loqosu təsvir edilib. Adapter kabelləri, peçenyelər, içki qutuları, dəmir pullar, dəmir banklar və s. ləvazimatları birləşdirərək markanın loqosu yenidən təsvir edildi.
Şirkətin sosial media izləyiciləri də sözügedən konsepsiyaya uyğun öz hazırladıqları loqoların foto şəkillərini paylaşaraq dəvətə qoşulublar.
Audi şirkətinin bu dəvətinə Almaniyanın digər bir avtomobil şirkəti Mercedes də qoşulub. Şirkət AMG C63 modeli ilə asfalt üzərində Audi loqosunu yazdığı videonu #FourRingsChallenge həştəqi ilə paylaşıb.
Audi insanları #FourRingsChallenge və #AudiTogether həştəqləri ilə Instagram, Facebook və Twitter vasitəsilə paylaşım etməyə təşviq edir.
Həmçinin oxu: Koronavirusdan sonra həyatımızda hansı dəyişikliklər olacaq?
Tamara Mustafayeva, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!