Bu tanınmış şirkət loqosunu sosial məsafəyə uyğunlaşdırdı | Banco.az

Bu tanınmış şirkət loqosunu sosial məsafəyə uyğunlaşdırdı

Koronavirus pandemiyası səbəbilə sosial məsafə saxlamağın əhəmiyyətinə diqqət çəkmək üçün bəzi şirkətlər bu istiqamətdə reklam kampaniyaları həyata keçirərkən, bəziləri isə loqolarını dəyişdiriblər. Bu günədək beş tanınmış marka bu addımı atıb ki, sözügedən markalar Audi, Coca-Cola, DHL, McDonald’s və Volkswagen – dir.

Bir neçə gün əvvəl isə bu markalara Alman avtomobil istehsalçısı Mercedes-Benz də daxil olub. Digər markalar sosial media hesablarından sosial məsafənin əhəmiyyətinə diqqət çəkən paylaşımlar edərək və ya video çarxlar yayımlayaraq loqolarını dəyişdirdiklərini elan etdikləri halda, Mercedes-Benz şirkəti isə səssiz-sədasız bütün sosial şəbəkələrdəki hesablarında loqosunu yeni versiyası ilə əvəzləyib.

Şirkətin bu kampaniya çərçivəsində yenilədiyi loqosunda halqanın içərisində yerləşən ulduzun halqanın kənarlarına dəymədiyi, ulduzla halqa arasında boşluq olduğu görülür.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı Mercedes-Benz dünən axşam saatlarında rəsmi Instagram səhifəsindən #EvdəQal (#StayHome) həştəqi ilə işçilərinin karantin müddətində evdə keçirdikləri zamanı necə dəyərləndirdiklərini əks etdirən bir video paylaşıb.

Videonu izləmək üçün link-ə keçid edə bilərsiniz: https://www.instagram.com/tv/B-cv_EHihlM/

Həmçinin oxu: Bu dünyaca məşhur şirkət də tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladı

Tamara Mustafayeva, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et