Rusiya Prezidenti Viladimr Putin Nazirlət kabinetinin yığıncaqda, OPEC+ qrupunun neft istehsaının azaldılması qərarını qiymətləndirib.
Marja xəbər verir ki, Putin, Rusiyanın neft bazarlarındakı mühüm ölkələrlə yaxın əlaqədə olması lazım olduğunu qeyd edib və "OPEC+ razılaşmasına bütün tərəflərin əməl etməsi əhəmiyyətlidir" ifadəsini istifadə edib.
Yığıncaqda söz alan Rusiyanın Energetika Naziri Aleksandr Novak, razılaşma daxilində may-iyun dövründə neft istehsalının gündəlik 9,7 milyon barel azaldılacağını xatırladaraq "Bu az qala qlobal neft istehsalının 10%-nə bərabərdir" deyib.
Neft istehsalının iyuldan etibarən il sonuna qədər artacağını qeyd edən Novak, "Söz mövzusu dövrdə istehsal azaltması gündəlik 7,7 milyon barelə, Yanvar 2021-dən Aprel 2022-yə qədər azaltma 5,7 milyon barel səviyyəsində olacaq", bildirib.
Novak, OPEC ölkələrinə əlavə olaraq 10 ölkənin də müxtəlif addımlarla qlobal neft bazarlarında sabitlik təmin edilməsinə dəstək olmaq istədiklərini söyləyib.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!